300 şəhid verən Quba Anım gününə hazırdır – FOTO 

Hazırda oxunan: 300 şəhid verən Quba Anım gününə hazırdır – FOTO 

95806

Qubada 27 sentyabr-Anım günü ilə bağlı hazırlıq işləri başa çatıb.

Bunu Bizim.Media-nın yerli bürosuna açıqlamasında Quba İH-nin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Asəf Şirinov deyib.

Onun sözlərinə görə, Quba şəhərindəki Şəhidlər Xiyabanında bir daha abadlıq və işləri görülüb, kəndlərdəki şəhid məzarları da səliqəyə salınıb, təmizlik işləri aparılıb.

Asəf Şirinov Qarabağ münaqişəsi başlayandan Quba rayonunun 300 şəhid verdiyini deyib:

“Onlardan 12-si 1988-ci il dekabr ayının 11-də Spitakda baş verən zəlzələyə köməyə gedərkən qəsdən törədilən təyyarə qəzasında, 4 nəfər 1990-cı ilin 20 yanvar hadisəsində həyatını itirib.

Birinci Qarabağ müharibəsində Qubanın 231 igid oğlu döyüşlərdə həlak olub. Vətən Müharibəsində 50 şəhid verən Quba 3 hərbçisini də müxtəlif vaxtlarda baş verən erməni təxribatında itirib. Son erməni təxribatında Quba rayonu 300-cü şəhidini qurban verib".
O, sabah Şəhidlər Xiyabanında ölkədə rəsmi keçirilən Anım gününün təntənə və coşqu ilə qeyd ediləcəyini bildirib.

Qeyd edək ki, son erməni təxribatı zamanı Qubanın İsnovqışlaq kəndindən olan 21 yaşlı gənc hərbçi Ümid Həsənov şəhidlik zirvəsinə yüksəlib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin