Milli Məclisin rəsmisi vəfat etdi - FOTO

Hazırda oxunan: Milli Məclisin rəsmisi vəfat etdi - FOTO

95786

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Talıbov Şamil Asim oğlu sentyabrın 25-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bu barədə Bizim.Media-ya Milli Məclisdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, parlament rəhbərliyi Ş.Talıbovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, Ş.Talıbov Azərbaycan Fotoqraflar Birliyinin üzvü olub. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən öncə bir sıra qurumlarda çalışıb. O, müxtəlif foto müsabiqələrinin qalibi olub. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi kimi onun işi foto ilə bağlı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin