Quba yəhudiləri Yeni il bayramını kütləvi qeyd etməkdən imtina etdilər – SƏBƏB - ÖZƏL

Hazırda oxunan: Quba yəhudiləri Yeni il bayramını kütləvi qeyd etməkdən imtina etdilər – SƏBƏB - ÖZƏL

95777

Dünya yəhudiləri yeni il -Roş-Ha-Şana bayramlarını qeyd etməyə başlayıblar. Amma Qubada yaşayan dağ yəhudiləri bu il bayramı təntənəli şəkildə qeyd etmək haqqqında düşünmürlər. 

Bu barədə Bizim.Media-ya Quba İH başçısının Qırmızı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Telman Mixailov məlumat verib.

Onun sözlərinə görə, Roş-Ha-Şana adlanan yəhudilərin yeni il bayramı ötən gündən başlayıb və 10 gün davam edəcək:

“Bu il qeyd etməməyimizin səbəbi sentyabrın 12-14 ermənilərin Azərbaycana qarşı təxribatı nəticəsində şəhid olan 81 igidimizin əziz xatirəsi və 27-sentyabr - Anım günü ilə  bağlıdır:

"Biz Azərbaycan vətəndaşlarıyıq, burda yaşayırıq. Vətən Müharibəsində üç minə yaxın, son erməni təxribatında 81 şəhid verən Azərbaycanın kədəri həmişə bizim kədərimiz olub, sevinci də sevincimiz.

Ona görə də yeni il bayramını adi qaydada ancaq öz evlərimizdə qeyd etməyi qərara almışıq, hər hansı kütləvi tədbir keçirməyəcəyik” 

Telman Mixailov bayram günlərində süfrəyə qoyulan nemətləri və onlarla bağlı bayram inanclarından da danışıb:

Bildirib ki, süfrəyə meyvələr, nar, balıq başı, bal, dəyirmi doğranmış yerkökü qoyulur:

“Balıq başı ailə başçısına işarədir. Bal-şirinlik, nar isə ailənin böyüyüb övladlarının olmasına və möhkəmlənməsinə işarədir. Dəyirmi doğranmış yerkökü  isə qızıl pulun olması, ailənin imkanlı olması kimi yozulur”.

Qırmızı Qəsəbə icra nümayəndəsi Telman Mixailov qəsəbədəki sineqoqların isə açıq olduğunu dedi. Məlumat verdi ki, istəyən adam gedib sineqoqda bayram ibadətini edə bilər. Amma kütləvilik olmayacaq.

Telman Mixailov 27 sentyabr -Anım günü ilə bağlı   görülən işlərə də toxundu:

“Qırmızı Qəsəbə nümayəndəliyinin Vətən Müharibəsində 3 şəhidi var. Yaşar Xudayev Dağlı kəndindən, Əli İbrahimov və Aydəmir Hacıyev isə Qırmızı Qəsəbədəndir.

27senyabr-Anım günündə şəhid ailələri ziyarət olunacaq, Quba Şəhidlər Xiyabanında bütün şəhidlərimizi hörmətlə yad edəcəyik. Bizə tarixi qələbəni gətirən şəhidlərimizin ruhu Qırmızı Qəsəbədə hər evdə ehtiramla anılacaq”.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin