Sabirabad rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Qara Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, prosesdə hökm oxunub.
Hökmə əsasən, Q.Səmədovun əməli Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlığın silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi) maddəsi həmin məcəllənin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilib.
O, zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad olunub və iş üzrə icraata xitam verilib.
İttihama görə, Q.Səmədov 20 yanvar 2021-ci ildə Sabirabad rayonu Qəzli kəndi ərazisində yerləşən özünə məxsus kafedə həmkəndlisi ilə görüşüb.
Bildirilir ki, həmkəndlisi həyətyanı sahəsinə çəpər düzəltmək məqsədilə ondan 15 manat pul alsa da, bu işi vaxtında görməyib. Zərərçəkmiş pulunu geri istəyib.
Həmin vaxt kafedə olan digər şəxslərin yanında Q.Səmədov hücum edib, stolun üstündəki boş şüşəni həmkəndlisinin baş nahiyəsindən üç dəfə ardıcıl vurub.
O, zərərçəkmişin üzünə başı ilə iki dəfə zərbə endirib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:38 / 26.09.2022
Sabirabad sakini 15 manata görə həmkəndlisinin başında butulka sındırdı - MƏHKƏMƏ
Hazırda oxunan: Sabirabad sakini 15 manata görə həmkəndlisinin başında butulka sındırdı - MƏHKƏMƏ
Hazırda oxunan: Sabirabad sakini 15 manata görə həmkəndlisinin başında butulka sındırdı - MƏHKƏMƏ
95768
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.