İki rayonda ağaclar kəsildi – 18 min manatdan çox ziyan vurulub

Hazırda oxunan: İki rayonda ağaclar kəsildi – 18 min manatdan çox ziyan vurulub

95766

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Cəlilabad və Saatlı rayonlarının ərazilərində ağac və kol bitkilərinin qanunsuz kəsilməsi faktı aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov yayıb.

Onun sözlərinə görə, araşdırma zamanı ağac və kol bitkilərinin Cəlilabad rayonunda “Encom Construction” QSC, Saatlı rayonunda isə fiziki şəxs Rasif Məmmədov tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 18200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

“Faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”. Apa.az onun dediklərindən sitat gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin