Sabah Azərbaycanda Anım Günüdür 

Hazırda oxunan: Sabah Azərbaycanda Anım Günüdür 

95753

Sabah 44 günlük Vətən Müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Bizim.Media xəbər verir ki, artıq ikinci ildir sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Anım Günü ilə əlaqədar ölkə miqyasında bir sıra tədbirlər təşkil ediləcək. Ölkəmizin xaricində  də anım mərasimləri keçiriləcək.

44 günlük Vətən Müharibəsi qəhrəmanları anılacaq. Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu böyük ehtiramla yad ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Xatırladaq ki, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.

44 günlük Vətən Müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də siyasi masada qələbəsi ilə başa çatıb.

Gedən döyüşlər nəticəsində Ordumuzun 2908 hərbçisi şəhid olub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin