Çingiz Abdullayev Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın fəxri üzvü seçilib- FOTO

Hazırda oxunan: Çingiz Abdullayev Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın fəxri üzvü seçilib- FOTO

95709
Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Çingiz Abdullayev Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın fəxri üzvü seçilib. Trend-in məlumatına görə, bununla bağlı bu gün təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimindəAzərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov bildirib ki, dünya ədəbiyyatında yazıçı Çingiz Abdullayev siyasi detektiv əsərləri ilə tanınır. Onun sözlərinə görə, Çingiz Abdullayevin əsərlərində əsas mövzular dünyada baş verən kriminal hadisələrdir: "Bir çox dünya ölkələrində, o cümlədən Ukraynada Çingiz Abdullayevin kitabları sevilərək oxunur. Çingiz Abdullayev bu gün dünyanın əksər ölkələrinin tanıdığı və əsərlərinin sevilə-sevilə oxunduğu yazıçıdır. Bu səbəbdən də bir sıra nüfuzlu mükafatlara, adlara layiq görülüb".



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin