Bu jurnalist Mətbuat Şurasının İdarə Heyətindən çıxdı - SƏBƏB

Hazırda oxunan: Bu jurnalist Mətbuat Şurasının İdarə Heyətindən çıxdı - SƏBƏB

95680

Mətbuat Şurasının İdarə Heyətinin tərkibində dəyişiklik olub.

Bizim.Media xəbər verir ki, İdarə Heyətinə üzv seçilmiş Niyaz Niftiyev ərizə ilə sədr Rəşad Məcidə müraciət edib.

MÖVZU İLƏ BAĞLI:

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi FORMALAŞDI


O, işlərinin çox olması səbəbindən İdarə Heyətinin işində iştirak edə bilməyəcəyini deyib və üzvlükdən imtina edib.

Mətbuat Şurası İdarə Heyəti Niyaz Niftiyevin müraciətini müzakirə edərək, qəbul edib. Apa.az-ın məlumatına görə, jurnalistlərin VIII qurultayında namizədlər arasında olan və N.Niftiyevdən bir səs az toplamış Yeganə Hacıyeva isə İdarə Heyəti üzvləri sırasına daxil edilib.

Qeyd edək ki, sentyabrın 24-də Azərbaycan Jurnalistlərinin VIII qurultayı keçirilib. Qurultayda 23 nəfərdən ibarət İdarə Heyəti seçilib.

Mətbuat Şurasının sədri vəzifəsinə isə Rəşad Məcid seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin