Rəşad Məcid: “Azərbaycan mediasının saflaşması uğrunda mübarizə aparacağıq”

Hazırda oxunan: Rəşad Məcid: “Azərbaycan mediasının saflaşması uğrunda mübarizə aparacağıq”

95592

“İndi informasiya məkanı genişlənib. Mətbuat Şurası İdarə Heyətinə seçilən yeni üzvlərlə birlikdə Azərbaycan mediasının saflaşması uğrunda mübarizə aparacağıq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının yeni sədri Rəşad Məcid jurnalistlərə açıqlamasında deyib.

MÖVZU İLƏ BAĞLI:

Rəşad Məcid Mətbuat Şurasına yeni sədr seçildi


O bildirib ki, Mətbuat Şurası jurnalist adına xələl gətirən insanlara müraciət edəcək: 

“Biz onları etik davranışlara uyğun olaraq fəaliyyət göstərməyə çağıracağıq. Mətbuat Şurası bundan sonra da əvvəlki ənənələrini daha da inkişaf etdirəcək. Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərindən olan gözləntilərinin doğrulması sahəsində Mətbuat Şurasının böyük rolu olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin