Mətbuat Şurasının qurultayında qətnamə qəbul olundu - YENİLƏNİB

Hazırda oxunan: Mətbuat Şurasının qurultayında qətnamə qəbul olundu - YENİLƏNİB

95569

Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

Bizim.Media xəbər verir ki, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.

***

Azərbaycan jurnalistlərinin VIII qurultayının qətnaməsi qəbul olunub.

Bizim.Media xəbər verir ki, qətanamə layihəsini Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli təqdim edib. 

Layihə səsverməyə çxıarılaraq qəbul edilib. 

Qətnamədə bir sıra məsələlərlə bağlı qeyd edilib ki, jurnalist adından suai-istifadə halları nəzarətdə saxlanılsın, regional medianın inkişaf etdilməsi ilə bağlı layihənin hazırlanması və müvafiq qurumlara təqdim olunması təmin olunsun.

13.16

Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi üçün səsvermə bitib.  

Bizim.Media xəbər verir ki, təqdim olunan səslər hesablanmaya aparılıb.

Təxminən 40 dəqiqə sonra Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı nəticələr açıqlanacaq və qurultay iştirakçılarına elan olunacaq. 

İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək. 

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin