Mətbuat Şurasının qurultayında iki QƏRAR qəbul olundu

Hazırda oxunan: Mətbuat Şurasının qurultayında iki QƏRAR qəbul olundu

95567

Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə təklif olunan dəyişikliklər və Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adının yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılması dəyişiklikliyi ilə bağlı məsələ səsverməyə çıxarılıb.

Hər iki məsələ qurultay iştirakçılarının müzakirəsinə verilib və səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib. 

Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək. Qeyd edək ki, hazırda Mətbuat Şurası İdarə Heyətinin sədri Əflatun Amaşovdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin