Aİ institutlarının ehtiyatda olan dövlət qulluqçusu və Litvanın Ekosivilizasiyası üzrə ölkə sədri Angela Buçite Qarabağdakı Ağıllı Kəndlərlə bağlı təəssüratlarını bölüşüb.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Twitter” hesabında paylaşım edib.
“Qarabağda Ağıllı Kəndlərin tikintisinə görə Azərbaycan hökumətinə təşəkkürlər. Bu, indiyədək gördüyüm günəş enerjisi, bütün infrastruktur və məşğulluqla təmin olunan, pulsuz və rəqəmsal olan ən yaxşı sinif kəndləri kimidir. Evlərinə qayıdan azərbaycanlılar üçün möhtəşəm memarlıq” – deyə Buçite qeyd edib.
Bizim.Media
Wow? Praise to Azerbaijan Government for building the Smart Villages in Karabach. It's like the best class villages, I ever saw, with all infrastructure and employment provided, free, solar and digital. Great architecture. For Azeri people come back home. pic.twitter.com/wB4Xranb9C
— Angele (@AKedaitiene) September 23, 2022