Gömrük Komitəsinin zabiti və tələbənin qəzadakı ölümü ilə bağlı cinayət işi açıldı 

Hazırda oxunan: Gömrük Komitəsinin zabiti və tələbənin qəzadakı ölümü ilə bağlı cinayət işi açıldı 

95541

Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin zabiti və Dövlət Gömrük Akademiyasının tələbəsinin yol qəzasındakı ölümü ilə bağlı cinayət işi başlanılıb. 

Bizim.Media xəbər verir ki, sentyabrın 23-ü saat 14:30 radələrində Eyvazov Firdovsi Əliş oğlu idarə etdiyi "KamAZ" markalı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Zabrat yolu ilə hərəkətdə olarkən "Azərterminalkompleks" Birliyinin qarşısında piyada Əzizli Elvin Şahin oğlunu və Birliyinin Analitik Şöbəsində inspektor vəzifəsində işləyən, gömrük xidməti kiçik leytenantı Rəsulova Sevgi Arzu qızını vurub.
 

MÖVZU İLƏ BAĞLI:

Paytaxtdakı ağır qəzada ölənlərin kimliyi məlum oldu – YENİLƏNİB/FOTO


Nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsində 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin