“İdman komplekslərinin qapılarının pas basmış qıfılları uşaqların üzünə açılmayınca...”x9d

Hazırda oxunan: “İdman komplekslərinin qapılarının pas basmış qıfılları uşaqların üzünə açılmayınca...”x9d

95527
Moderator.az xəbər verir ki, millət vəkili BQP başqanı Fazil Mustafa ölkədə digər idman növləri ilə müqayisədə basketbol kimi populyar idman növünün diqqətdən kənarda qalmasını bu sözlərlə qınayıb:

"Basketbol üzrə Avropa çempionatında Gürcüstanla Litva arasında matçı həvəslə izlədim. Özüm də müntəzəm basketbol oynadığıma görə az-çox yaxşı oyunu qiymətləndirə bilirəm. Gürcülər çox yaxşı oyun göstərsələr də son saniyələrdə litvalıların atdığı üçlüklə məğlub oldular. Türkiyə komandası konkret oyuna uyğun ağıllı kombinasiya qura bilmədiklərinə görə güclü fransızlara məğlub olduqdan sonra artıq ayrıca komandaya deyil, yaxşı oyuna baxmağa üstünlük verirsən. Sözümün canı nədir? Gürcüstan necə olur ki, sovet dövründə olduğu kimi, indi də bu sahədə bizdən üstündür. Ən sərt oyunlardan biri reqbidir, sovet dövründə olduğu kimi, indi də normal komandaları var. Su polosu da ən sərt xarakter tələb edən oyundur, burada da bizdən üstündürlər. Futbolda isə aramızda həmişə müqayisəyə gəlməyən səviyyə fərqi olub. Müstəqillikdən sonra Azərbaycanda əsas diqqət futbola və voleybola yönəlib. Larisaları, Allaları, Yelenaları Məmmədovaya, Həsənovaya çevirdiyimiz qadın voleybolçularımız heç olmazsa az-çox uğur qazanırlar, kişilərin də performansı Avropa oyunlarında pis təsir bağışlamadı. Ancaq nə su polosu, nə reqbi, nə basketbol kimi populyar idman növlərinin sovet dövründə olduğu kimi, indi də izi-tozu yoxdur. Artıq bəhanəmiz yoxdur ki, hansısa erməni mane olur, nə bilim pulumuz çatmır. Bunu maddi imkanına və əhali potensialına görə bizdən qat-qat geridə olan gürcü necə edə bilir, bəlkə gedib onlardan öyrənsinlər?xa0

Bir də maraqlıdır ki, heç Gürcüstan komandalarında çıxış edənlərin arasında azərbaycanlı soyadına da rast gəlmirsən. Orada yaşayan soydaşlarımız da bizim kimi deyəsən idmanın bu populyar növlərinə maraq göstərmirlər. Xatırlayıram ki, bir neçə müddət öncə Litvadan Kurtinaytis kimi tanınmış basketbolçu məşqçi olaraq gəlmişdi, ancaq onu da deyəsən yola vermədilər ki, bir şeylər düzüb-qoşsun. Özüm də dəfələrlə maraqlanmışam, normal standartlara uyğun basketbol meydançası tapmaq müşkül məsələdir. Hətta yeni təmir olunmuş bir neçə orta məktəbin idman zalında divara yapışdırılmış basketbol lövhəsinin çəmbərini dairəvi şəklə salınmış armaturdan düzəldiyini görmüşəm. İdman komplekslərinin qapılarının pas basmış qıfılları uşaqların üzünə açılmayınca, ödəniş qiymətləri aşağı düşməyincə su polosu, reqbi, basketbol, həndbol kimi idman növlərinə maraq yaratmaq da çətin olacaq. Əslində futbol meydançalarında da oyun vaxtının qiymətləri bahadır və məktəbli uşaqların çoxu üçün əlçatan deyil. Konkret söyləməkdə çətinlik çəkirəm ki, nələr edilsə bu ətalət buzu sına bilər, ancaq nələrsə edilməlidir ki, idmanın sahəvi inkişafı baş versin və zəif olduğumuz idman sahələrinə məqsədyönlü sərmayə qoyulsun."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin