Rusiyada bakirəliyini satmaq istərkən zorlanan 20 yaşlı azərbaycanlı qız yenidən vətəninə qayıtmaq istəyir.xa0
xa0
BAKU.WS-in Rusiya mətbuatına istinadən verdiyi xa0məlumata görə, Kristina hazırda Perm vilayətinin Bereznikov xa0xəstəxanasında müalicə alır. 20 yaşlı qız özünü artıq yaxşı hiss edir və Bakıya qayıtmağa qərar verib. Onun son ümidi Rusiyadakı Azərbaycan konsulluğudur. xa0Ancaq Rusiya İstintaq Komitəsi qızın məhkəmə prosesi başa çatanadək Rusiyada qalmasını tövsiyyə edib. Qızın hazırda dövlət hesabını müalicə olunduğunu ancaq xəstəxanadan çıxdıqdan sonra bir qəpiksiz qalacağı deyilir.xa0
xa0
Xatırladaq ki, 20 yaşlı Kristina Bakıdan Rusiyaya bakirəliyini satmaq üçün gedibmiş. O, milyon rublluq müqavilə imzalayaraq bakirəliyini satışa çıxarmağı planlaşdırırmış. xa0Bereznikidə yaşayan ictimai təşkilatlardan birinin üzvü olan kişi qızla 14 min dollarlıq müqavilə imzalamağa razılaşıb. Ancaq sonradan qızla görüşən kişi müqavilədə göstərilmiş məbləği ödəməkdən imtina edərək qızı zorlayıb. Kristina saxlanıldığı evin pəncərəsindən döşək ağlarını bir-birinə bağlayaraq qaçıb.xa0































































































