Xızıda Altıağac Milli Parkının ərazisində yanğın söndürülüb. Hazırda alov tam zərərsizləşdirilsə də bəzi yerlərdə tüstülənmə ocaqları qalıb. Bu səbəbdən ərazidə növbətçi heyət saxlanılıb.
Bu barədə Bizim.Media-nın Şimal bürosuna Xızı İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov məlumat verib.
Onun sözlərinə görə,operativ tədbirlər nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb.Yanğın yerində FHN-nin Xızı, Siyəzən rayonlarından və Sumqayıt şəhərindən ümumilikdə 7 yanğınsöndürən avtomobili və canlı qüvvəsi işləyib.
Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu