Moderator.az xəbər verir ki, sözügedən hadisə ilə bağlı Yutub portalında yerləşdirilən videoda Putinin geniş tərkibli mühafizə dəstəsi ilə Xan sarayına gəldiyi əks olunur. Kreml lideri avtomobilindən düşərək onu gözləyən sakinlərlə çox kiçik zaman çərçivəsində görüş keçirib, sonra Xan sarayına gedir.
Xatırladaq ki, Putin ötən həftə Krımda İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ilə görüşüb.
































































































