175 nömrəli marşrut niyə 40 dəqiqədən bir İŞLƏYİR? – Avtobusla bağlı növbəti ŞİKAYƏT

Hazırda oxunan: 175 nömrəli marşrut niyə 40 dəqiqədən bir İŞLƏYİR? – Avtobusla bağlı növbəti ŞİKAYƏT

95448

Son vaxtlar “BakuBus”a məxsus sərnişindaşıma avtobusları ilə bağlı şikayətlərin sayı çoxalıb. Sərnişinlər tıxaclarla yanaşı saatlarla dayanacaqlarda avtobus gözləməli olurlar. 

Analoji hadisə bu gün səhər saatlarında Hövsan qəsəbəsində Oqtay Şabanov küçəsindəki dayanacqda baş verib.

Sərnişinlər 30-40 dəqiqə “28 may” metrostansiyasına hərəkət edən 175 nömrəli marşurutu gözləyiblər. Nəticədə əsəbləri tarıma çəkilən sərnişinlərin etirazları başlayıb. Kimi bu vəziyyətin son iki həftədir baş verdiyini, kimisi isə avtobusların sayının azaldıldığını bildiriblər. Sərnişinlərin əksəriyyəti vəziyyətlə bağlı “BakuBus”a dəfələrlə müraciət etdikərini də dilə gətiriblər. 
 

MÖVZU İLƏ BAĞLI:

“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi


Qeyd edək ki, 175 nömrəli marşurutun fəaliyyətindən uzun müddətdir ki, narazılıqlar var. Avtobusların bəziləri tez-tez sıradan çıxıb yarı yolda qalır, kondinsionarləri işə salınmır və demək olar ki, hər gün interval problemi yaşayır. 

Məsələ ilə bağlı “BakuBus”un mətbuat katibi Qabil Babayevlə əlaqə yaratdıq.

Qurum rəsmisi onlara rəsmi sorğu ilə müraciət etməli olduğumuzu bildirdi və biz də əməl etdik. Sorğuya isə cavab verilməyib.

Qeyd edək ki, marşrut sayının artırılması vacib olduğu bir zamanda “Bakubus”a məxsus “Koroğlu”da, Zığda və Buzovnada yerləşən qarajlarda 500-ə yaxın  avtobusun saxlanılması ilə bağlı görüntülər yayılıb. Müşahidələr zamanı gündüz saatlarında Zığdakı qarajda 300 ədəddən artıq avtobusun saxlanıldığı əks olunub. “Bakubus”un Buzovna qəsəbəsindəki qarajda isə 120-130 ədəd yeni və müasir avtobus işləksiz vəziyyətdədir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin