“Bakı Metropoliteni” idarəsindən ABSURD QƏRAR: “Sıraya düzülün!” - VİDEO

Hazırda oxunan: “Bakı Metropoliteni” idarəsindən ABSURD QƏRAR: “Sıraya düzülün!” - VİDEO

95423

Yeni dərs ilinin başlanması ilə bağlı nəqliyyat infrastrukturunda sıxlıq yaranıb. Artan narazılıq fonunda müvafiq qurumlar müxtəlif səbəblər söyləyirlər. Bəzi qurumlarsa orjinal təkliflər irəli sürür. 

“Bakı metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov ötən gün mətbuata açıqlamasında bildirib ki, pik saatlarda metronun platformalarında sərnişin sıxlığını aradan qaldırmaq üçün girişlərdə növbələr təşkil ediləcək. 

Bu ideya əslində problemin həllinə yox, problemin böyüməsinə yönəlik bir addımdır. Çünki, metrogirişlərində təşkil olunacaq növbə həm sosial narazılıq yaradacaq, həm də metrogirişlərində inanılmaz sərnişin sıxlığına səbəb olacaq. 

Əslində bu qəraraın ilkin təhfələri göz önündədir. Aldığımız son məlumata görə bu gün səhər saatlarından başlayaraq metronun girişlərində növbəlik sisteminin tətbiqi  sərnişinlərin ciddi etirazına səbəb olub. 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlam verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı qəraraı məntiqsiz adlandırıb:
 

MÖVZU İLƏ  BAĞLI:

Bakıda XAOS BAŞLAYIR - “Metrostansiyaların sayı 300 olmalı idi, cəmi 26 stansiyamız var”


“Bu gün baş verənlər onu göstərir ki, metro irəli getmək əvəzinə geriləyir. İllərdir ki, bu sahəyə çox böyük dövlət investisiyası yatırılır. Amma metro yerində sayır. Metroda yenilənmə zəif tempdə gedir. Yeni satansiyaların tikintisi bəzən 8-10 il çəkir. Bu baxımdan düşünürəm ki, metro ilə bağlı çox ciddi düşünmək lazımdır. Əgər metro dövlətin himayəsində inkişaf edə bilmirsə, onda metronun da özəlləşməyə ehtiyacı var. Özəl qurum bu işləri daha yaxşı icra edə bilər. Üstəlik Dövlət Büdcəsinin yükü azalar”. 

Ekspert onu da əlavə etdi ki, sərnişinlərin çox böyük hissəsi metro ilə daşınır. Üstəlik, metro daha rahat və sürətli nəqliyyat vasitəsidir. Yerüstündə 1 saata qət etdiyimiz yolu metro ilə 15-20 dəqiqəyə gedirik:

“Ona görə də metroya yanaşma kökündən dəyişməlidir”.

Millət vəkili Razi Nurullayev də məsələyə münasibət bildirib. O, sərnişinlərin platformalara növbə ilə bauraxılmasını absurd adlandırıb:  

“Mənə elə gəlir ki, bütün bunların hamısı sərnişindaşıma xidmətinin keyfiyyətsizliyinin nəticəsidir. Metro nəqliyyatın çox önəmli halqasıdır. Yaxşı olar ki, metrotikintisi daha sürətlə aparılsın. Şəbəkə genişləndirilsin. Qatarların intervalı azaldılsın. Şəhər nəqliyyatının bərbad olması da metro xidmətinə təsir edir. Avtobuslar tıxacda qalır, ləngimələr çox olur. Ona görə də əhali daha çox metroya üz tutur. Nəticədə metro artıq yüklənir. Ona görə də paytaxtın nəqliyyat infrastrukturuna təcili müdaxilə edilməlidir. Problemlərdən çıxış yolu yox deyil. Sadəcə təşəbbüskarlıq lazımdır”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin