Prokurorluğun bir sıra işçilərinin qulluqda olmanın son yaş həddinə çatmalarına görə qulluq keçmələrinə xitam verilib.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Osmanov Mövlud Ömər oğlu, Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru, baş ədliyyə müşaviri Nemətli Firdovsi İlyas oğlu və Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Əliyev Əlixan Ataxan oğlunu qulluq keçmələrinə xitam verilmələri ilə əlaqədar Baş prokuror Kamran Əliyev sentyabrın 23-də Baş Prokurorluğun inzibati binasında qəbul edib.
Mövlud Osmanov və Firdovsi Nemətlini prokurorluğun fəxri fərmanı, Əlixan Əliyevi isə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmiş və onlara hədiyyələr təqdim edib.
Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə şəkilləri çəkdiriblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:38 / 23.09.2022
Prokurorluğun 3 vəzifəli əməkdaşının fəaliyyətinə xitam verildi
Hazırda oxunan: Prokurorluğun 3 vəzifəli əməkdaşının fəaliyyətinə xitam verildi
Hazırda oxunan: Prokurorluğun 3 vəzifəli əməkdaşının fəaliyyətinə xitam verildi
95420
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.