“Dünya təhlükədədir”x9d - Bahar Muradovadan ÇAÄžIRIŞ

Hazırda oxunan: “Dünya təhlükədədir”x9d - Bahar Muradovadan ÇAÄžIRIŞ

95404
Milli Məclis sədrinin müavini Bahar Muradova parlamentin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı Avropa Parlamentini sərt tənqid edib.
 
Moderator.az-ın məlumatına görə, vitse-spiker bildirib ki, sən demə, qədim qitəni heç bir ölkənin ərazi bütövlüyünün pozulması narahat etmirmiş, əks təqdirdə öz mövqelərini ortaya qoyardılar.
 
“Ona görə də mən üzümü avropalılara tuturam, siz siyasətçi, deputat bildiklərinizlə bağlı ciddi düşünün! Mən sizləri gözüaçıq olmağa və seçdiyiniz siyasətçilərdən haqlı mövqeyi tələb etməyə çağırıram! Bu gün əlbir olsaq, dünyanı xilas edəcəyik. Bu gün dünya təhlükədədir”x9d, - Muradova əlavə edib.
 
Deputat Çingiz Əsədullayev isə deyib ki, Avronest-lə əlaqədar yaradılmış komitə əslində bu illər ərzində fəaliyyətsiz qalıb: “Hətta bizim son səfərimiz zamanı görüşə cəmi iki deputat gəlmişdi. Mən bu komitənin sədr müavini kimi hesab edirəm ki, formal komitənin fəaliyyətinin dayandırılmasının vaxtı çatıb”x9d.
 
"Əgər Azərbaycan xalqı Avropa ilə hər hansı bir siyasi və mədəni münasibətlərdən narazıdırsa, onda Avropa ilə əlaqələrin davam etdirilməsinin heç bir əhəmiyyəti yoxdur". Bu fikri isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanın Avropa İttifaqına üzv olan bəzi dövlətlərlə əlaqələri mövcuddur. Ə.Hüseynli deyib ki, bundan sonra da bu əlaqələr davam etdiriləcək: “Biz Azərbaycanla münasibətdə olan Avropa İttifaqına üzv ölkələrin nümayəndələrini ölkəmizə dəvət edəcəyik. Onlar gəlib Azərbaycanda parlament seçkilərini müşahidə edəcəklər. Biz bir təşkilat kimi Avropa İttifaqı ilə münasibətlərə yenidən baxmalıyıq və tövsiyələrimizi verməliyik. Parlament seçkilərində bizim üçün hansısa beynəlxalq qurumun, təşkilatların fikri yox, Azərbaycan xalqının fikri, mövqeyi, müşahidəsi vacibdir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin