Son 4 ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Tabeliyində fəaliyyət göstərən DOST İş Mərkəzi 125 mindən çox vətəndaşı haqqı ödənilən ictimai işlərə cəlb edib.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rüfət Seyidov açıqlama verib.
Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial proqramları nəticəsində isə son 4 ildə 350 mindən çox vətəndaş işlə təmin edilib.
"Bu proses davamlıdır. DOST İş Mərkəzi də sosial proqramların icrasında aktiv fəaliyyət göstərir. Qarşıda böyük hədəflərimiz var.
Bunun üçün isə qurumlarla əməkdaşlığın bir az da genişləndirilməsi vacibdir. Bildiyiniz kimi, DOST İş Mərkəzi vətəndaşlara dövlət tərəfindən maliyyələşən qurumların vakant yerlərini təqdim edir.
Bu vakant yerlər üçün ixtisaslaşmaya ehtiyac yoxdur. Bunun əsas məqsədi də ixtisası olmayan, özəl sektorda iş tapa bilməyən şəxslərin, o cümlədən fiziki məhdudiyyətli vətəndaşların işlə təmin olunmasıdır" - deyə o bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:26 / 23.09.2022
125 mindən çox vətəndaş ictimai işlərə cəlb edilib - RƏSMİ
Hazırda oxunan: 125 mindən çox vətəndaş ictimai işlərə cəlb edilib - RƏSMİ
Hazırda oxunan: 125 mindən çox vətəndaş ictimai işlərə cəlb edilib - RƏSMİ
95376
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.