“Bakı- Quba yolunda baş vermiş qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib”.
Bu barədə TƏBİB-dən Bizim.Media-nın Şimal bürosunun sorğusuna cavab olaraq məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Bakı-Quba yolunda AĞIR QƏZA – 16 Yaralı VAR
Bildirilib ki, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər Kliniki Tibbi Mərkəzə göndərilib.
Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.
Qeyd edək ki, Bakı-Quba yolunun Şabranın Aygünlü kəndindən keçən hissəsində mikroavtobus aşıb.Nəticədə 16 nəfər yaralanıb, bir nəfər isə ölüb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu