Dövlət Dəniz Akademiyası yenidən təşkil ediləcək - BAŞ NAZİRDƏN QƏRAR

Hazırda oxunan: Dövlət Dəniz Akademiyası yenidən təşkil ediləcək - BAŞ NAZİRDƏN QƏRAR

95312

Azərbaycan Dövlət Dəniz Akademiyasının və onun nəzdində Azərbaycan Dənizçilik Kolleci yenidən təşkil ediləcək.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Dövlət Dəniz Akademiyasının Nizamnaməsi təsdiq olunacaq.

Qərara əsasən, Azərbaycan Dövlət Dəniz Akademiyası “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Dəniz Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

“Azərbaycan Dövlət Dəniz Akademiyası” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq ediləcək.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecinin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

Nazirlər Kabinetinə:

- publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi;

Elm və Təhsil Nazirliyinə:

-publik hüquqi şəxsin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə:

-Yuxarıda qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” qanunu ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Bu Qərarla yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqları günədək,

Azərbaycan Dövlət Dəniz Akademiyası və Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci öz fəaliyyətlərini davam etdirəcəklər.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin