Kükürdlü su meşə zolağını yandırmaqda davam edir – Hadisə yerindən Aytəkin Alxaslının VİDEOMATERİALI

Hazırda oxunan: Kükürdlü su meşə zolağını yandırmaqda davam edir – Hadisə yerindən Aytəkin Alxaslının VİDEOMATERİALI

95234

Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində yerləşən fərdi sahibkara məxsus torpaqda qaynayan kükürdlü su mənbəyinin yaxınlıqdakı meşə zolağına vurduğu ziyan haqqında yazmışdıq. 

"Yeraltı sərvət yerüstü sərvəti məhv edir? - Ərazi satılıb, sahibi var” sərlövhəli yazıda problemi ətraflı işıqlandırmışdıq.

Ötən 10 gündən sonra əraziyə bir də baş çəkdik. Təəssüf ki, ərazidə heç bir iş görülməyib, nə sahibkar ortaya çıxır, nə də müvafiq qurumlar.

Seyr etdiyimiz mənzərə adamın ürəyini dağlayır. Elə meşənin girəcəyinə baxmaq kifayətdir ki, isti suyun təsirindən ağacları necə qurutduğunu görəsən. 

Düzdü, olduqca müalucəvi əhəmiyyəti olan bu sudan daha səmərəli istifadə etmək mümkündür. Amma yer fərdi adama məxsus olduğundan bu işin ardınca da o, düşməlidir. Hər halda bu başqa mövzudur. 
Hazırda bizi narahat edən isə məhz meşələrin məhv olmasıdır.

Aldığımız son məlumatda isə bəlli oldu ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmazdakı 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tədbirlərə başlayıb.

Qurumdan bildirildi ki, problem həqiqətən var, məsələ barədə nazirliyə məlumat verilib, Xaçmaz İh başçısı Elnur Rzayev də məsələdən xəbərdardır:

“Mütəxəssislərdən ibarət yerli komissiya tərəfindən kükürdlü su olan əraziyə baxış keçirilib. Yerin təkindən çıxan su termal su olduğu üçün yüksək təzyiqlə axır və bunu bağlamaq mümkün deyil.

Bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Neft Şirkətinə müraciət edib. Neft Şurkətində neft buruqlarında fontanın qarşısını almaq üçün  istifadə edilən xüsusi qurğu vasitəsilə həmin suyun bağlanması qərara alınıb. Qarşıdakı bir həftə ərzində məsələ müsbət həll olunacaq”.
Gözləyək, bir həftə nədir ki? Onsuz da illərdir bu müalicəvi əhəmiyyətli su yaşıl ciyərimiz olan meşələrə divan tutur. Qoy bir həftə də axsın... Hər halda “su axar çuxurunu tapar”.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin