Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bizim.Media nazirliyə istinadən xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Tovuz rayonu, Abulbəyli kəndində yerləşən “Valeh” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
- obyektin yenidən qurulması və genişlənməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti orqanları ilə razılaşdırılmayıb;
- yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;
- obyektin ərazisi vaxtlı-vaxtında yanar tullantılardan, zibildən, quru ot və yarpaqlardan təmizlənmir;
- ərazidə yanğın təhlükəsizliyinə dair xəbərdaredici lövhələr quraşdırılmayıb;
- elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyekt normalara uyğun olaraq ilkin yanğnsöndürmə vasitələri ilə təmin olunmayıb;
- yanacaq çənlərinin istismarı və təmiri qüvvədə olan müvafiq rəhbəredici sənədlərin tələblərinə uyğun aparılmayıb, çənlər layihəyə uyğun xüsusi ayrılmış ərazidə yerləşdirilməyib;
- obyekt icbari qaydada sığortalanmayıb və s.
Qeyd olunanları nəzərə alaraq, “Valeh” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dərhal dayandırılması barədə qərar qəbul olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:40 / 22.09.2022
FHN təhlükə yaradan obyektin fəaliyyətini dayandırdı – FOTO-VİDEO
Hazırda oxunan: FHN təhlükə yaradan obyektin fəaliyyətini dayandırdı – FOTO-VİDEO
Hazırda oxunan: FHN təhlükə yaradan obyektin fəaliyyətini dayandırdı – FOTO-VİDEO
95204
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.