“Avesta”x9d Konserninin prezidenti, FANTASTİK “Xəzər adaları”x9d layihəsinin müəllifi Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) 3 milyardlıq müqavilə imzaladığna dair yeni nağıllavari açıqlama ilə çıxış edib.
İş adamının iddasına görə, o, Azərbaycanda səfərdə olan Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Junla ilkin olaraq 3 milyard dollarlıq investisiya müqaviləsi imzalayıb. Guya Çinin adıçəkilən şirkəti “Xəzər adaları”x9d layihəsinin bir adasına 3 milyard dollar dəyərində vəsait yatıracaq, sonrakı illərdə isə mərhələ-mərhələ digər adalara da investisiya yatırımları reallaşdıracaq.
İbrahim Nehrəmlinin “Xəzər adaları”x9d layihəsi ilə bağlı indiyədək söylədiklərinin heç 1 faizi belə reallaşmadığından, bunun da doğru olduğuna inanmaq çətindir, hətta mümkün deyil. Hər halda “AzPolitika.info”x9dnun “XƏZƏR ADALARI”x9d: FIRILDAQ LAYİHƏ BARƏDƏ BÜTÜN GİZLİNLƏR”x9d başlıqlı araşdırmasını oxuyanlar buna şübhə etməz. Elə İbrahim Nehrəmlinin son aylar düşdüyü vəziyyət ”“ tez-tez saxlanılaraq “Bandotdel”x9də aparılması, aldığı kreditlərə görə faizləri ödəməməsi, işçilərinin maaşlarını belə verə bilməməsinə dair ETİRAFLARI da onun milyardlarla bağlı söyləmlərinin əksəriyyətinin əsassız, ucuz piar olduğunu göstərir.
Bunları yenidən təkrarlamaq niyyətində deyilik. Ancaq görünür İbrahim Nehrəmli yalan nə qədər böyük olarsa, bir o qədər inandırıcı olar prinsipindən əl çəkmək istəmir. Buna görə yenə də hansısa çinli ilə 3 milyardlıq müqavilə imzaladığını bəyan edir. Bununla da kifayətlənməyib bu müqavilənin yaxın gələcəkdə ölkəmizə 20 milyon turist cəlb edəcəyindən, bunun da büdcəyə ildə təqribən 20 milyard gəlir gətirəcəyindəın dəm vurur. Elə danışır ki, guya onun neftlə çirklənmiş, seysmik baxımdan təhlükəli zonalardan sayılan və bu səbəblərdən heç bir turistik cəlbediciliyi olmayan fantastik, hətta bəzi ekspertlərin FIRILDAQ adlandırdğı layihəsi postneft dövründə Azərbaycanın qurtuluşu olacaq. Amin demək istərdik”¦
Bu cür ofşor zonalarda yaradılan şirkətlər isə bir çox hallarda fırıldaq layihələri leqallaşdırmaq, çirkli pulların yuyulması ilə məşğul olurlar. Bəzən iş adamları yerli ictimaiyyəti aldatmaq üçün də bu cür şirkətlərlə yalançı, heç bir real əhəmiyyəti olmayan müqavilələr bağlamaq üçün istifadə edirlər. Çin Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin bu cür işlərlə məşğul olub-olmadığını söyləyə bilməsək də, Hacı İbrahimlə “razılıq”x9d əsasında sözügedən müqaviləyə imza atdığını da istisna etmək olmaz. Müqavilənin bəzi şərtləri də belə düşünməyə əsas verir.
Belə ki, İbrahim Nehrəmlinin çinli iş adamı ilə imzaladığı müqaviləsinə dair açıqlamasındakı bir məqam xüsusi diqqətimizi cəlb etdi. Hacı İbrahim deyib ki, müqavilə şərtlərinə əsasən, şirkət “Xəzər adaları”x9d ilə bağlı satış işini Çində və Honkonqda həyata keçirəcək: “Bununla əlaqədar mən sentyabrın 20-dən sonra Honkonqa səfər edəcəm. Çünki MƏNİM yaxın günlərdə ən azı bir həftəlik müddətə Honkonqa SƏFƏR ETMƏYİM məsələsi bu gün imzaladığımız müqavilədə ŞƏRT KİMİ İRƏLİ SÜRÜLÜB. Müqaviləyə uyğun olaraq, biz Honkonqda və Azərbaycanda birgə şirkət yaradacağıq və “Xəzər adaları”x9d layihəsi isə həmin birgə şirkət üzərindən idarə olunacaq.”x9d
Biz biləni Hacı İbrahimin özünün də bir müddət əvvəl dediyinə görə, ölkədən çıxışına qadağa qoyulub. Hətta bir müddət əvvəl o, yaxın dostunun şəxsi layneri ilə gizlincə ölkədən çıxmaq istəyərkən, saxlanılaraq geri qaytarılmışdı.
Bu baxımdan İbrahim Nehrəmlinin indi necə Honkonqa səfər edəcəyi sual doğurur. Hər halda bunun üçün kredit problemini həll edə bilmədiyindən vaxtaşırı “Bandotdel”x9də çağırılan iş adamının ölkədən çıxışına qoyulan qadağa götürülməlidir.
Elə Hacı İbrahimin müqaviləyə Honkonqa SƏFƏR ETMƏYİ bir ŞƏRT kimi məhz bu üzdən saldığını da istisna etmək olmaz. Daha doğrusu, ölkədən leqal və qeyri-leqal yollarla çıxışının qarşısı alınan Hacı İbrahimin, sözügedən müqaviləni məhz ÖLKƏDƏN ÇIXMAÄžA İCAZƏ ALMAQ üçün imzaladığını da ehtimal etmək olar.
Beynəlxalq Banka 430 milyon, əlavə olaraq digər banklara, işçilərinə külli miqdarda borcu olan Hacı İbrahimin Azərbaycandan çıxdıqdan sonra geri qayıdacağı ehtimalı isə çox azdır. Yada salaq ki, onun Londonda və Dubayda böyük biznesinin olduğu bildirilir. Ailə üzvlərinin bir çoxunun Londonda yaşadığına dair məlumatlar var.
Yəni, sözügedən müqaviləni Hacı İbrahimin növbəti hiyləgər gedişi kimi də xarakterizə etmək olar. Ölkədən çıxışına icazə verilərsə, bəlkə bir daha geri dönməyəcək, gedib xaricdə biznesinin başında oturacaq. Verilməzsə də layihəyə 3 milyardlıq investisiyanı cəlb etdiyini, ancaq hüquq-mühafizə orqanlarının günahı üzündən reallaşdıra bilməyəcəyini deyəcək.
Ancaq adama sual verərlər: layihə burda, investisiya bura qoyulacaqsa, şirkət niyə Honkonqda yaradılır? Ortada hələ satılmalı bir şey də yoxdur ki, bunu üçün Honkonqda şirkət yaradasan. Digər tərəfdən NİYƏ bunun üçün vəkalət verdiyin birini deyil, mütləq sənin Honkonqa səfər etməyin şərt kimi müqaviləyə salınır? Hər halda bu sualları hüquq-mühafizə orqanları Hacı İbrahimə verəcək .
Elə buna görə də, Hacı İbrahimdən aldığı kreditləri də geri qaytarmaq tələb olunur. Ancaq Hacı İbrahim bundan qəti olaraq imtina edərək, kreditin qalan hissəsinin də verilməsini tələb edir. O, kreditin qalan hissəsi verilərsə, “Xəzər adalarını tikib başa çatıracağını, sonra da satıb vəsaiti geri qaytaracağını bildiri. “Hacı İbrahim deyir ki, ya kreditin qalanını da verin, ya da məni tutun”x9d, deyə mənbə bildirir.
Mənbə onu da qeyd edir ki, bir neçə dəfə “Bandotdel”x9də aparılan Hacı İbrahim indiyədək cəmi 20 milyon pul qaytarıb. Bu vəsaiti də Hacı İbrahimdən bəzi əmlakları satdırılaraq alınıb: “Onun Türkiyədə 3 villasını müəyyən edib, satdırıblar. 12 milyon onların satışından əldə olunub. Azərbaycanda da bəzi obyektlərini satdıraraq, ümumilikdə banka 20 milyon ödədiblər.”x9d
Yada salaq ki, son aylaradək Hacı İbrahimin qarajında müxtəlif modeldən olan təxminən 10 lüks avtomobil vardı. Həmin avtomobillər arasında son model “Rolls Royce-Phantom”x9d (1 milyon dollar), “Range Rover”x9d (180 min), “Nissan Patrool”x9d, “Bentley”x9d markalı və digər modeldən olan maşınlar olduğu bildirilirdi. Təkcə sifarişlə gətirdiyi “Bentley”x9d üçün 300 min dollar xərclədiyi iddia edilirdi.
Bundan əlavə rəhbərlik etdiyi “Avesta Concern”x9ddə işə götürdüyü dünyanın populyar modellərinə də İ. Nehrəmlinin böyük pullar xərclədiyi bildirilir. Bunların arasında “Miss Globe International 2014”x9d gözəllik müsabiqəsində Avstraliyanı təmsil edərək qalib olan Esma Voloderin və həmin müsabiqədə “Miss Khazar Islands”x9d seçilmiş Ukrayna təmsilçisi Anastasiya Kostiçin adları xüsusi qeyd edilir.
Yəni realıq budur. Onun milyardlarla bağlı keçmişdə və indi dedikləri isə nağıldan başqa bir şey deyil. Qalır göydən 3 almanın düşməsi,..
































































































