Bakı-Sumqayıt qatarında gediş haqqı havayı olacaq - FOTOLAR

Hazırda oxunan: Bakı-Sumqayıt qatarında gediş haqqı havayı olacaq - FOTOLAR

95172

"Yaxın iki gün ərzində Bakı-Sumqayıt marşrutu üzrə qatarlarda gediş havayı olacaq".

xa0

Moderator.az bildirir ki, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.


Onun sözlərinə görə, Sumqayıta getmək istəyən sərnişinlər Bakıdan saat 08:00 və 20:00-da çıxan iki qatardan istifadə edə biləcəklər: "Sumqayıtdan Bakıya isə qatarlar saat 09:30 və 21:30-da yola düşəcək".


N.Əzməmmədov qeyd edib ki, sentyabrın 15-dən Bakı və Sumqayıt arasında gün ərzində 8 qatar hərəkət edəcək:xa0


"Onlardan 3-ü İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsal etdiyi 2 mərtəbəli KISS markalı qatardır, digər 5-i isə əsaslı şəkildə təmir olunan Riqa istehsallı qatardır".


Onun sözlərinə görə, qatarların qrafiki sentyabrın 15-dən pik saatları nəzərə alınmaqla tərtib olunub:xa0


"Saat 06:00-dan 12:00-dək və 16:00-dan 21:00-dək yarım saatlıq intervalla qatarlar Bakıdan Sumqayıta və əksinə yola düşəcək. 12:00-16:00 aralığında isə qatarlar bir saatlıq intervalla hərəkət edəcəklər. Qrafik gələcəkdə dəyişdirilə bilər".



Hər bir qatar 4 vaqondan (onlardan biri biznes-sinif) ibarətdir. Bütün vaqonlar pulsuz internetlə və baqaj yükü üçün yerlə təmin olunub. Biznes-sinif vaqonlarda isə sərnişinlərə çay və kofe də (biletin qiymətinə daxildir) təklif olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin