Bakı-Sumqayıt qatarının sərnişinləri gediş haqqını "BakıKart" kartları vasitəsilə ödəyə biləcəklər.
xa0
Bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin İnformasiya-telekommunikasiya texnologiyaları departamentinin rəhbəri Samir Qənili deyib.
xa0
Onun sözlərinə görə, hazırda sərnişinlər biletləri kassalarda və ya xüsusi avtomatlarda nağd pul ödəməklə ala bilərlər: "Lakin gələcəkdə gediş haqqını "BakıKart", həmçinin kredit kartları ilə ödəmək mümkün olacaq".

































































































