Kür çayında qeyri-qanuni yolla balıq tutan 30 yaşlı Tovuz rayon sakinini elektrik cərəyanı vurub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun İsakənd kənd sakini, 1992-ci il təvəllüdlü Ceyhun Hüseynov avtomobil akkumlyatoru vasitəsilə işlədilən avadanlıqla balıq tutan zaman ehtiyatsızlıq edib və onu elektrik cərəyanı vurub.
Xəsarətlərlə C.Hüseynov ağır vəziyyətdə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
08:49 / 22.09.2022
30 yaşlı Tovuz sakinini “tok” öldürdü - Balıq tuturmuş
Hazırda oxunan: 30 yaşlı Tovuz sakinini “tok” öldürdü - Balıq tuturmuş
Hazırda oxunan: 30 yaşlı Tovuz sakinini “tok” öldürdü - Balıq tuturmuş
95135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.