XİN və ETN birgə məlumat yaydı

Hazırda oxunan: XİN və ETN birgə məlumat yaydı

95071

Xarici tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində dövlət hesabına təhsil imkanı təqdim edən təhsil qrantı proqramlarının 2022-2023-cü tədris ili üzrə namizəd seçimi prosesi başa çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Seçim prosesinin yekunlarına əsasən 2022-2023-cü tədris ili üzrə təhsil qrantına İƏT üzrə 18 ölkədən (Banqladeş, Əlcəzair, Fələstin, Fil Dişi Sahili, İndoneziya, İran, Qəmər adaları, Küveyt, Misir, Nigeriya, Özbəkistan, Pakistan, Qambiya, Qazaxıstan, Somali, Sudan, Tacikistan və Yəmən) 20 tələbə, eləcə də QH üzrə də 18 ölkədən (Anqola, Antiqua və Barbuda, Belarus, Butan, Efiopiya, Ekvador, Hindistan, Honduras, İran, Kolumbiya, Liberiya, Malavi, Mavriki, Nepal, Nikaraqua, Tayland, Uqanda və Zambiya) 20 tələbə layiq görülüb. 

Seçim haqda ətraflı məlumat aşağıdakı linkdə: 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin