Milli Məclisdə atalıq məzuniyyətinin ödənişli olması ilə bağlı ictimai dinləmə keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu gün komitənin payız sessiyasında keçirilən ilk iclasında deyib.
Onun sözlərinə görə, payız sessiyasında komitə atalıq məzuniyyətinin ödənişli olması və eləcə də qanunvericilikdə gender bərabərliyinə əsaslanan valideyn məzuniyyətinin təsbit edilməsi, “Azərbaycanda uşaq hüquqlarının müdafiəsində yerli və beynəlxalq hüquqi- normativ aktların rolu” və Genderə həssas büdcənin tətbiqi ilə əlaqədar Asiya İnkişaf Bankının və beynəlxalq ekspertlərin iştirakı ilə ictimai dinləmələrin keçirilməsini nəzərdə tutur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:03 / 21.09.2022
Azərbaycanda kişilərə atalıq məzuniyyəti veriləcək
Hazırda oxunan: Azərbaycanda kişilərə atalıq məzuniyyəti veriləcək
Hazırda oxunan: Azərbaycanda kişilərə atalıq məzuniyyəti veriləcək
95035
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.