Dünya çempionuna bu nazirlikdə yüksək VƏFİZƏ VERİLDİ

Hazırda oxunan: Dünya çempionuna bu nazirlikdə yüksək VƏFİZƏ VERİLDİ

94994

Tanınmış idmançı Eduard Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə idmançının özü məlumat verib. 

O bildirib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Qeyd edək ki, "Ağ Canavar" ləqəbli Azərbaycanlı peşəkar kikboksçu, 26 qat dünya çempionu, 7 qat Avropa çempionu, 7 qat dünya kubokunun sahibi, 15 qat Azərbaycan çempionu, Asiya və Avrasiya çempionu və peşəkarlar arasında dünya çempionudur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin