Qarabağ döyüşçüsü Gültəkin Quliyeva Moderator.az vasitəsilə müdafiə naziri Zakir Həsənova xa0müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Hörmətli Müdafiə Naziri Zakir Həsənov!
Silahlı Qüvvələrdə son illərdə həyata keçirilən islahatları, müsbət dəyişiklikləri, Ordumuzun güclənməsini, keçirilən təlimləri, Müdafiə Nazirliyinin düşmənə qarşı sərt mövqeyini və addımlarını tam dəstəkləyirəm. Mən Qarabağ müharibəsində fəal iştirak etmişəm, dəfələrlə yaralanmışam, atəşkəs dövründə də fəaliyyətimi dayandırmamışam, Qarabağ Azadlıq Təşkilatının sədr müavini kimi çalışır, əlimdən gələni edirəm. Mən torpaqlarımızın işğal altında qalmasına dözə bilmirəm, müharibə başlamalıdır. Mən müharibənin ön sıralarında olacağam. Bu gün keçirilən hərbi təlimləri də alqışlayıram və xahiş edirəm ki, məni ehtiyatda olan döyüşçü kimi bu və bundan sonra olacaq hərbi təlimlərə, müharibə başladıqda isə Orduya cəlb edəsiniz. Mən Qarabağ uğrunda düşməni öldürməyə və ölməyə hazıram."
































































































