Saç insanın ən təbii aksesuarıdır deyirlər. Ancaq yaş artdıqca bu bəzək də insanın yaralı yerinə çevrilir: ya ağarır, ya da başlayır tökülməyə. Bəzi dövrlərdə isə bu proses daha sürətli baş verir.
Məsələn payız fəslində saçların tökülməsi də, zədələnməsi halları da daha çoxalır.
Bizim.Media xəbər verir ki, Xəzər televiziyası mövzu ilə bağlı reportaj hazırlayıb.
Mənbə yazır ki, həkim-trixoloq Gültəkin Abdullayevanın sözlərinə görə, son vaxtlar saç tökülməsi ilə bağlı şikayətlər artıb. Ancaq həkim bildirir ki, əgər tökülən saçların sayı çox deyilsə, bu hal qorxulu hesab edilmir.
Gültəkin Abdullayeva deyir ki, saç tökülməsinin qarışısını almaq üçün xüsusi qidalara üstünlük verilməlidir.
Mütəxəssis saçlara qulluq zamanı kimyəvi vasitələrdən və boyalardan tez- tez istifadəni tövsiyə etmir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:06 / 21.09.2022
Niyə saçlar payızda tökülür? – VİDEO
Hazırda oxunan: Niyə saçlar payızda tökülür? – VİDEO
Hazırda oxunan: Niyə saçlar payızda tökülür? – VİDEO
94986
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.