"Azərbaycanda Kibertəhlükəsizlik üzrə strategiya bütün dövlət qurumları tərəfindən razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunub".
Bizim.Media xəbər verir ki, bunu 2-ci “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunan "Kibertəhlükəsiz iqtisadiyyatlar: innovativ yanaşma və həllər" adlı tədbirdə çıxış edərkən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
Onun sözlərinə görə, strategiyanın yaxın zamanlarda təstiq olunması gözlənilir.
"2018-ci ildən işlənilməsi tapşırılan strategiyanın təstiqi niyə uzanır və cari vəziyyəti nədir? Bildiyiniz kimi, strategiyanın hazırlanmasından sonra razılaşdırılma prosesində qanunvericilik təstiq olundu. Bu ərəfədə bütün növ dövlət sənədlərinin standart forması təstiq olundu və hazırlanan strategiyada bu təstiq olunan modelə uyğunlaşdırılması müəyyən bir zaman aldı.
Bununla yanaşı pandemiyanın gətirdiyi reallıqlar, yeni təhlükəsizlik modelləri eyni zamanda 44 günlük müharibənin gətirdiyi reallıqlar bu strategiyada da bəzi məsələlərə baxılmasını məqbul etdi.
Bu baxımdan strategiya bir daha təstiqlənmədən öncə yenidən isləndi və hazırda bütün dövlət qurumları ilə razılaşdırılmış formada Nazirlər Kabinetinə təqdim edilib. Düşünürük ki, yaxın zamanda bu strategiyanın təstiq olunmasının şahidi olacağıq",- deyə Tural Məmmədov qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:25 / 21.09.2022
Kibertəhlükəsizlik üzrə strategiya Nazirlər Kabinetinə təqdim olundu
Hazırda oxunan: Kibertəhlükəsizlik üzrə strategiya Nazirlər Kabinetinə təqdim olundu
Hazırda oxunan: Kibertəhlükəsizlik üzrə strategiya Nazirlər Kabinetinə təqdim olundu
94957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.