Fransada koronavirusun yayılma riskini azaltmaq üçün sakinlərdən ictimai nəqliyyatda səyahət edərkən danışmamaları və mobil telefonlardan istifadə etməmələri istənilib.
Bizim.Media lenta.ru-ya istinadla xəbər verir ki, bununla bağlı Fransa Tibb Akademiyası tövsiyə xarakterli məlumat yayıb.
Məlumatda deyilir ki, nəqliyyatda tibbi maska taxma tələbi ilə yanaşı, mobil telefon istifadəsi və danışma qadağaları əlavə edilməlidir.
Akademiyanın mütəxəssisləri yalnız cərrahi maskalar taxmağa çağıran ölkənin Səhiyyə naziri Olivye Veranın sözləri ilə də razılaşmayıblar. Onların fikrincə, bu çağırışın heç bir elmi əsası yoxdur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:21 / 24.01.2021
Telefondan istifadə koronavirusu yayır
Hazırda oxunan: Telefondan istifadə koronavirusu yayır
Hazırda oxunan: Telefondan istifadə koronavirusu yayır
9485
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.