Azərbaycanda niyə turizmlə bağlı televiziya kanalı açılmır? - DETALLAR

Hazırda oxunan: Azərbaycanda niyə turizmlə bağlı televiziya kanalı açılmır? - DETALLAR

94844

Azərbaycanda çoxsaylı televiziya kanalları fəaliyyət göstərir. Onlar arasında ictimai-siyasi, mədəniyyəti, idmanı, uşaq aləmini, təhsili əhatə edən müxtəlif kanallar var. 

Amma nədənsə ölkəmizdə böyük gəlir gətirən turizmi¸ölkənin təbiəti, ətraf aləmini tərənnüm edən hər hansı bir televiziya kanalı fəaliyyət göstərmir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən media hüquqi üzrə mütəxəssis Ələsgər Əhmədoğlunun fikrincə, gəlirlilik perspektivi olmadığından heç kim turizmi təbliğ edən telekanal açmağa cürət etmir:
 

“Bu araşdırma tələb edən sualdır. Hər bir şey tələb və təklifdən asılıdır. Aşağıdan yuxarı təklif varsa, ona uyğun şəkildə tələb də formalaşır. Ümumiyyətlə, Azərbaycanda biznes mühitinin rəqabətli olmaması bu tip biznes layihələrinin reallaşmasına imkan vermir.


Rəqabət bütün hallarda istər-istəməz yarışma yaradır, yeni təkliflər formalaşdırır. Ciddi rəqabətin olmamasının nəticəsidir ki, sözügedən sahəyə başlanğıc lazım olan məbləğ öz-özünə gəlmir. Sahə üzrə konkret gəlirlilik perspektivi olmasa, heç kim bu sahəyə maliyyə ayırmayacaq. Ona görə də ölkəmizdə turizmi təbliğ edən televiziya kanalları yoxdur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin