Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək

Hazırda oxunan: Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək

9483

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova başsağlığı verib.

Bu barədə Bizim.Media-ya Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.

Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin