Bankomatdan pensiya çıxaran təqaüdçüləri aldadan şəxs CƏZALANDIRILDI  

Hazırda oxunan: Bankomatdan pensiya çıxaran təqaüdçüləri aldadan şəxs CƏZALANDIRILDI  

94816

Gəncə şəhərində dələduzluqda təqsirləndirilən Azər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Gəncə şəhər Məhkəməsində hökm elan edilib.  

A.Quliyev 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.  

Qeyd edək ki, A.Quliyevə qarşı qarşı irəli sürülmüş ittihama əsasən o, Gəncə şəhər Mərkəzi Kitabxanasının qarşısında ahıl şəxsi təqaüdünü bankomatdan çıxarılmasında köməklik göstərəcəyi adi ilə aldadıb. 

"Kapital Bank" plastik kartını alaraq bankomata saldıqdan sonra kartın şifrəsinin düzgün olmadığını bildirib. Sonra kartda olan 512 manat pulu bankomatdan çıxararaq ələ keçirib. Bundan sonra, o, təkrar "Beynəlxalq Bank'a aid bankomatdan pul çıxararkən zərərçəkmiş şəxsə bankomatın işləmədiyini bildirib.
O, pulun bankomatdan çıxarılmasında köməklik göstərəcəyi adı ilə vətəndaşı aldadıb. Vətəndaşa məxsus kartda olan 543 manat pulu bankomatdan çıxararaq ələ keçirib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin