“Azəristiliktəchizat” ASC yeni pilot layihənin icrasına başlayır. Layihəyə uyğun olaraq məhdud sayda qeyri-əhali istehlakçı qrupu seqmentinə sayğacların quraşdırılması həyata keçiriləcək”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
İstilik sahəsi üzrə yeni cərimələr TƏTBİQ EDİLƏCƏK
O bildirib ki, bu layihəni müəssisənin fəaliyyətinin müasirləşdirilməsinin və dünyadakı ən yaxşı təcrübələrə uyğun qurulması üçün təşkil edir.
“Layihə ilkin olaraq qeyri-əhalini, yəni dövlət və özəl müəssisələri və qurumları əhatə edir. Bizdən istilik xidməti alan yaşayış binalarında isə hələlik sayğaçlaşdırma nəzərdə tutulmur. Sayğaclaşdıma üzrə pilot layihənin əsas məqsədi “Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin səmərəlliyini, istilik xidmətinin keyfiyyətini artırmaq, istilik xidməti üçün tələb olunan resursların daha effektiv planlaşdırılmasını təmin etməkdir. Abonentlər üçün isə sayğaclaşdırmanın ən böyük faydası istifadə etdikləri istilik enerjisinin dəqiq və dolğun uçotunu aparmaq imkanı olacaq”.
Surxay Atakişiyev, Bizim.Media