Əli Həsənovun qardaşı oğlu işdən ÇIXARILDI – Gömrük Komitəsindən AÇIQLAMA

Hazırda oxunan: Əli Həsənovun qardaşı oğlu işdən ÇIXARILDI – Gömrük Komitəsindən AÇIQLAMA

94787

Dövlət Gömrük Komitəsinin sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə Əməliyyat və İstintaq Baş İdarəsində əməliyyat idarəsinin rəis müavini, polkovnik Anar Həsənovun işdən çıxarıldığı bildirilir. Onun Gömrük Komitəsində başlanılan genişmiqyaslı cinayət işi ilə əlaqədar vəzifəsindən kənarlaşdığı ehtimal olunur. 

Gömrük Komitəsinin mətbuat xidməti Bizim.Media-ya məlumatı təsdiqləyib. Qurumdan Anar Həsənovun müvəqqəti olaraq işindən kənarlaşdırıldığı bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun əmlak maxinasiyaları və müsadirə olunan 36 MİLYONLUQ VARİDAT 


Gömrük komitəsindən sözügedən şəxsin hansı səbəbdən işdən çıxarılması məsələsinə açıqlama verilməyib.

Qeyd edək ki, Anar Həsənov Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qardaşı oğludur.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin