Kürdə qanunsuz balıq ovlayan şəxslər dövlət qurumunun qayığını yandırıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib.
O qeyd edib ki, xidmət əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb:
"Brakonyer xidməti vəzifələrini yerinə yetirən əməkdaşların qanuni tələblərinə tabe olmayaraq onların olduğu qayığa yanacaq tökərək yandırıb. Hadisə nəticəsində müfəttiş Bəhruz Mustafayev yüngül yanıq xəsarətləri alıb.
Hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat verilib, polisin operativ müdaxiləsi nəticəsində təqsirkar şəxs saxlanılıb. Hazırda faktla bağlı polis şöbəsində araşdırma aparılır”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:56 / 20.09.2022
Kürdə qanunsuz balıq tutanlar dövlət qurumunun qayığını yandırıb
Hazırda oxunan: Kürdə qanunsuz balıq tutanlar dövlət qurumunun qayığını yandırıb
Hazırda oxunan: Kürdə qanunsuz balıq tutanlar dövlət qurumunun qayığını yandırıb
94764
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.