Audiovizual Şuranın verilən müvafiq qərarları ilə ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün elan edilən müsabiqələrə sənəd təqdim edənn bütün ərizəçilər iddiaçı kimi müsabiqəyə buraxılıb.
Bizim.Media Apa.az-a istinadən xəbər verir ki, birinci və ikinci müsabiqə üçün 6, üçüncü müsabiqə üçün isə 7 iddiaçı ərizə təqdim edib.
Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin və zəruri halda yerində yayım imkanlarının araşdırılması üçün Şura üzvlərindən və Şura aparatının mütəxəssislərindən ibarət müsabiqə komissiyası yaradılıb.
Qeyd edək ki, hazırda komissiya müsabiqəyə sənəd təqdim etmiş iddiaçıların yayım konsepsiyaları, kadr və yaradıcılıq, habelə maliyyə-iqtisadi potensialı barədə yekun rəylər hazırlayır. Hazırlanan rəylər tezliklə Şura üzvlərinə təqdim ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:44 / 20.09.2022
Radio yayımı lisenziyası almaq üçün neçə müraciət olub?
Hazırda oxunan: Radio yayımı lisenziyası almaq üçün neçə müraciət olub?
Hazırda oxunan: Radio yayımı lisenziyası almaq üçün neçə müraciət olub?
94758
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.