Qazi və şəhid ailələri üzvlərinə psixoloji yardım göstərilib

Hazırda oxunan: Qazi və şəhid ailələri üzvlərinə psixoloji yardım göstərilib

94744

Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə Türkiyədən gəlmiş 20 psixoloq tərəfindən 15 gün ərzində 345 qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib.

Bizim.Media xəbər verir ki, bunu FHN-in Tibb mərkəzinin rəisi, tibb xidməti polkovniki Xanım Sofiyeva deyib.

Xanım Sofiyeva bildirib ki, müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş pasientlərin 33 nəfəri uşaq olub. Ümumilikdə sentyabrın 5-dən 511 seans psixoloji yardım göstərilib.

Mərkəz rəisi onu da qeyd edib ki, vətəndaşlar Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Bərdə və Lənkəran şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata düşə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin