Dövlət İdarəçilik Akademiyasına yeni dekan təyin olundu - FOTO

Hazırda oxunan: Dövlət İdarəçilik Akademiyasına yeni dekan təyin olundu - FOTO

94695

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (ARPDİA) “Siyasi idarəetmə” fakültəsinə yeni dekan təyin olunub.

Bizim.Media “Report”a istinadən xəbər verir ki,  fakültəyə s.e.f.d, dosent Murtəza Həsənov rəhbərlik edəcək.

Qeyd edək ki, M.Həsənov Biləsuvar rayonunda anadan olub.

O, Türkiyənin Qazi Universitetinin “İqtisadi və idarəetmə elmləri” fakültəsinin, eyni zamanda həmin ali təhsil ocağının magistr pilləsi üzrə “Dövlət idarəçiliyi və siyasi elmlər” proqramının məzunudur.
M.Həsənov həmçinin Qazi Universitetində doktorantura pilləsində təhsil alarkən müəllim kimi də işləyib. Daha sonra tədris fəaliyyətini Dövlət İdarəçilik Akademiyasında davam etdirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin