Azərbaycanda İcra Hakimiyyəti əməkdaşı iş otağında ölü tapıldı

Hazırda oxunan: Azərbaycanda İcra Hakimiyyəti əməkdaşı iş otağında ölü tapıldı

94658

Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölü tapılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Saatlı İcra Hakimiyyətində ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi, rayonun Telmankənd kənd sakini Əhəd Cavanəli oğlu Behbudovun iş otağında meyiti tapılıb.

Onun sentyabrın 16-dan telefon zənglərinə cavab vermədiyi bildirilir. Əhəd Behbudovun ölüm səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin