İran Habil Əliyevə yas tutur - “Kamança əfsanəsi susdu...”x9d

Hazırda oxunan: İran Habil Əliyevə yas tutur - “Kamança əfsanəsi susdu...”x9d

94642
Bir çox iranlı sosial media istifadəçiləri məşhur Azərbaycan kamança ifaçısının vəfatından məyus olduqlarını bildirib.

Moderator.az  BBC-yə istinadən xəbər verir ki, sentyabrın 8-də dünyasını dəyişmiş Habil Əliyevin sənəti İranda böyük qiymətləndirilib. O, klassik fars musiqisinə yaxından bələd idi və uzun illər Tehranın konsert zallarında ifa edib.

Habil Əliyevin İranın məşhur klassik musiqi ifaçısı Məhəmməd Rza Şəccarianla birgə səs yazıları var.
Səhhətinin pisləşməsi səbəbindən Habil Əliyev 2009-cu ildə Tehranın Rudəki-Vəhdət konsert salonunda özünün simvolik sonuncu konsertini vermişdi.

Twitter istifadəçisi @Ehsan_iran65 onu bütün dövrlərin “misilsiz kamança ifaçısı" adlandırıb.

Sentyabrın 5-də mühafizəkar "Tasnim" xəbər agentliyi “Azərbaycanın görkəmli kamança ustası Habil Əliyevin komada olduğunu" qeyd etmişdi.

ABŞ-da yaşayan İranlı jurnalist Araş Siqarçi yazıb ki, “kamança onun beşinci balası idi" (H.Əliyevin dörd uşağı var).

“Dünya incəsənəti canlı musiqi alətini itirdi”¦ Bundan sonra kiminsə kamançanı Habil Əliyev kimi ifa edə biləcəyinə inanmaq çox çətindir”x9d - deyə facebook istifadəçisi "Salamat Noori" yazır.

Digər facebook istififadəçisi "Changiz Doustdar" öz dərin hüznünü bildirir və yazır ki, “dünyanın kamança əfsanəsi susdu”x9d.

Digər istifadəçi "Umud Azerbaycan" H.Əliyevi “dahi musiqiçi”x9d adlandırıb və onu Bethoven kimi sənətkarlarla müqayisə edib.

“Bütün türk dünyası onun itkisini dərin hüznlə qarşılayır...”x9d - o əlavə edib.

GAMAC (Guney Azərbaycan Milli Azadliq Cəbhəsi) xəbər saytı onun vəfatı barədə yazarkən Habil Əliyevi “Şərqin kamançasının tanrısı”x9d adlandırıb. Xəbərdə onun “Cənubi Azərbaycan”x9d vurğunu olduğu da bildirilirdi.

“Mən kamançamı Təbrizdə qoydum. Bilirəm ki, burada kimsə mənim yolumu davam edəcək”x9d - deyə sayt Habil Əliyevdən sitat gətirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin