Ukraynada daha bir azərbaycanlı iş adamı - qətlə yetirildi

Hazırda oxunan: Ukraynada daha bir azərbaycanlı iş adamı - qətlə yetirildi

94595
Luqansk Vilayət Administrasiyasının keçmiş yüksək vəzifəli əməkdaşı avtomobilində gülləbaran edilib
Ukraynanın separatçıların nəzarəti altında olan Luqansk şəhərində Vilayət Administrasiyasının keçmiş əməkdaşı, azərbaycanlı iş adamı Nəsibov Nəsib Yadigar oğlu naməlum şəxslər tərəfindən öldürülüb.

Luqansk Vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, əslən Azərbaycanın Xankəndi şəhərindən olan, Ukrayna vətəndaşı, 1958-ci il təvəllüdlü N. Nəsibov sentyabrın 1-də şəhərin mərkəzindəki küçələrin birində öz avtomobilində gülləbaran edilib.

Aldığı çoxsaylı güllələrdən tanınmaz hala düşən N. Nəsibovun meyiti ailəsi tərəfindən Luqanskda dəfn edilib.

N. Nəsibov 1988-96-cı illərdə Luqansk Vilayət Administrasiyasında yüksək vəzifə tutub.

Hazırda şəhəri nəzarətdə saxlayan “Luqansk Xalq Respublikası”x9dnın milisi N. Nəsibovun ölümü ilə bağlı cinayət işi qaldırıb, qatilin, yaxud qatillərin tezliklə tapılacağına dair ailəsinə söz verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin