Xalq artisti Habil Əliyev dəfn olundu - FOTOLAR

Hazırda oxunan: Xalq artisti Habil Əliyev dəfn olundu - FOTOLAR

94563
Azərbaycan Dövlət Filarmoniyasında keçirilən vida mərasimindən sonra mərhum xalq artistinin cənazəsi I Fəxri xiyabanda torpağa tapşırılıb.
xa0
Publika.azxa0xəbər verir ki, mərasimdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, xalq artistləri Canəli Əkbərov, Arif Babayev, Fəxrəddin Dadaşov, İlham Namiq Kamal, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edib.
xa0
Xatırladaq ki, Habil Mustafa oğlu Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Sentyabrın 8-də 89 yaşında dünyasını dəyişib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin